İyulun 17-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda və başqa rəsmi şəxslər də iştirak edib.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qonaqları salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dənizdə neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib.