Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub - BBN

SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub

Yanvarın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib.Görüşdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qarabağın azadlığı uğrunda Azərbaycanın haqq mübarizəsində Türk xalqlarının Azərbaycanın yanında olduğunu bildirmişdir. Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Türk Şurasının sədri olduğu qeyd edərək, Azərbaycanın Türk Şurasının işində vacib rol oynadığını və Azərbaycan Prezidentinin hazırda türkdilli xalqlar arasında çox populyar şəxs olduğunu xüsusi qeyd etmişdir. Qonaq həmçinin Türkdilli ölkələrin işğaldan azad edilmiş Qarabağın bərpası prosesində birgə fəaliyyətinin zərurətindən söz açmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələr arasında birliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, SOCAR-ın bu işə töhfələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda SOCAR-ın əməliyyatları Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu iqtisadi əməkdaşlığın təməli Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə qoyulmuş, neft ixracının qərbə istiqamətləndirilməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlamışdır.

SOCAR-ın prezidenti həmçinin digər türkdilli dövlətlərlə də iqtisadi əlaqələrin inkişafından söhbət açmışdır. O qeyd etmişdir ki, SOCAR-la əməkdaşlıq çərçivəsində Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “Sətti” qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunmuşdur. Türkmənistanla neft-qaz ticarəti istiqamətində əməkdaşlıq genişlənməkdədir. Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə kəşfiyyat istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Türk Şurasının fəal üzvü olan Macarıstanın MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malikdir. Qeyd olunmuşdur ki, SOCAR son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə lokal şirkətdən qlobal şirkətə çevrilmiş və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirmişdir. Görüşdə gələcəkdə türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırlması, həmçinin futbol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak etmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı