SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilib

İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev İTOCHU Korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik edib, İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.

Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.                               

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır