SOCAR dövlət büdcəsinə ödənişlərin həcmini artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilib. Qeyd edək ki, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 milyon 737 min manat və ya 122,6 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 milyon 643 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 milyon 513 min manat və ya 122 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 105 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 101,7 faiz çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 268 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 milyon 298 min manat və ya 113,4 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır