Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR ilə Almaniyanın SEFE şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb - BBN

SOCAR ilə Almaniyanın SEFE şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb

SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb.

Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.

İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq.

Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

SEFE-nin baş icraçı direktoru Egbert Laege deyib: “Bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir. Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “Bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir. SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə biz Azərbaycan ilə Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək”.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

ETX bank və dövlət sektoruna qarşı fişinq cəhdinin detallarını açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı