Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR ilə “Cisco Systems Inc” arasında anlaşma memorandumu imzalanıb - BBN

SOCAR ilə “Cisco Systems Inc” arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb. Memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.

SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaqdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı