SOCAR ilə Rumıniyanın “ROMGAZ” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

2022-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Rumıniyanın “ROMGAZ” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər 2009-cu il 28 sentyabr tarixində Buxarestdə imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında” Birgə Bəyannamədə müəyyən olunmuş prinsiplərin həyata keçirilməsi məqsədilə enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəliblər.

Şərqi Avropanın ən böyük təbii qaz hasilatçılarından biri və Rumıniyanın əsas təchizatçısı olan “ROMGAZ” ölkənin ümumi təbii qaz istehlakının təqribən 40 faizini qarşılayır.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı