Bu ilin ilk yarısında SOCAR büdcəyə 789 mln. manat ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin iyul ayında dövlət büdcəsinə 127 milyon 110 min manat vəsait ödənilib. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında büdcəyə 788 milyon 852 min manat vəsait ödənilib.
Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 74 min manat vəsait köçürülüb. Qeyd edək ki, bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 901 min manat və ya 108,1 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 81 milyon 606 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 649 min manat və ya 100,8 faiz çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır