SOCAR-ın “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

Növbəti həftə (22-25 yanvar tarixləri) 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tovuz rayonunun Aşağı Quşçu kəndində (Klubun qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Qazax rayonunda (Ərik bağı yaşayış massivi, N.Tusi küçəsinin sonu), 3-cü günü saat 15:00-dan 16:00-dək Gədəbəy rayonunun Dəyirmandağ kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək isə Şəmkir rayonunun Atabəy kəndində (Cənnət şadlıq sarayının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı