“SOCAR”-ın büdcəyə ödənişləri 10% azalıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin aprel ayında dövlət büdcəsinə 119,8 milyon manat vəsait ödənilib.  Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12,7 mln. manat və ya 9,55% azdır.

Ümumiyyətlə, cari ilin yanvar-aprel aylarında büdcəyə 445 milyon manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 138 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1,23 milyon manat və ya 110,3 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 45 milyon 108 min manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır