SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti – BAŞA ÇATIB

“SOCAR Capital” şirkətinin yaydığı məlumatda bildirilir ki, SOCAR İstiqrazlarının 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürüldü. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış oldu.

Məlumatda qeyd edilib ki, 2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atıb:

-Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəldi;

-Təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələdi;

-2500-dən artıq əqd bağlandı;

-Vətəndaşlarımız üçün alternativ investisiya imkanı təqdim edildi;

-Əvvəllər kapital bazarlarında iştirak etməmiş yüzlərlə fiziki şəxs ilk dəfə istiqraz sahibi oldu;

-Yerli kapital bazarlarımıza yeni investorların qazandırılmasına stimul verdi;

-5 illik müddət ərzində Bakı Fond Birjasında korporativ istiqrazlarla bağlanan əqdlərin 91%-i, əməliyyat həcminin isə 75%-i SOCAR İstiqrazlarının payına düşdü;

-Repo əməliyyatlarının həcmi 36 milyon dolları ötdü;

-Rüblük faizləri itirmədən, istiqrazları banka girov qoymaqla, aşağı faizli kredit götürülməsinə imkan yaratdı;

-5 il ərzində Birjadakı mümkün ticarət günlərinin 72%-indən çoxunda SOCAR İstiqrazları ticarət olundu;

-Rüblük faiz ödənişləri daim qrafikə uyğun aparıldı;

-Marketmeyker vasitəsilə likvidlik davamlı təmin edildi.

Xatırladaq ki, hazırda yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir (29 oktyabradək.) 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı