SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədrini qəbul edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulayıb.

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun səmimi qəbul üçün təşəkkürünü bildirib, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs edib.

Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırıb.

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırıb, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır