SOCAR-ın prezidenti “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb.

Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə “Dragon Oil” arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Related posts

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Mərkəzi Bankda “Al-Hidayah Group”la İslam bankçılığının inkişafını müzakirə olunub

Azərbaycan “Al-Hidayah Group”la İslam bankçılığının inkişafını müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı