Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib - BBN

SOCAR-ın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumu təşkil olunub.

“Performans (Xidməti fəaliyyətin idarə edilməsi) mədəniyyətinin təşviqi” Proqramı çərçivəsində keçirilən forum şirkət daxilində performansın idarə edilməsi prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini təşviq etmək, mövcud çağırışları sistemli şəkildə müzakirə etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

Tədbir çərçivəsində “SOCAR Qrup”a daxil olan müəssisələrin rəhbərləri və insan resursları üzrə məsul şəxslər üçün “Nəticəni idarə edən liderlik: strategiya, mədəniyyət və davranış”, “İnsan kapitalının biznes nəticələrinə təsiri: performans sistemlərindən strateji dəyər yaratmaq” mövzularında panel sessiyaları təşkil edilib.

Sessiyalarda strateji hədəflərin təşkilatın bütün səviyyələrində düzgün şaxələndirilməsinin əhəmiyyəti, rəhbərlərin davamlı əks-rəy vermə bacarıqlarının gücləndirilməsinin vacibliyi və performans qiymətləndirilməsində obyektivlik prinsipinin qorunmasının etimad mühitinin formalaşmasında əsas amil olduğu bildirilib. Həmçinin əməkdaşların fəaliyyətinin obyektiv və şəffaf qiymətləndirilməsinin onların həvəsləndirilməsinə və hesabatlılığın artırılmasına müsbət təsiri, data-əsaslı qərarvermə yanaşmasının gücləndirilməsi və resursların daha səmərəli bölgüsü məsələləri müzakirə olunub.

Forum çərçivəsində yüksək performans mədəniyyətinin təşviqinə töhfə verən performans məsləhətçilərinin təltifetmə mərasimi keçirilib, onlara təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, SOCAR-da 2024-cü ildən sistemli şəkildə tətbiq olunan Performans idarəetmə sistemi quruma daxil olan müəssisələr üzrə 42 mindən çox əməkdaşı əhatə edir. Onlardan 14 mindən çox mütəxəssis-texniki heyətin performansı fərdi hədəf kartları əsasında idarə olunur. Sistem fəaliyyətin strateji hədəflərə uyğun planlaşdırılması, hədəflərin müəyyənləşdirilməsi, ilboyu monitorinq və əks-rəy mexanizmlərinin tətbiqi, ilin sonunda qiymətləndirmə və nəticəyə əsaslanan maddi mükafatlandırma proseslərini əhatə edir.

Related posts

Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 13,1 milyard dollara çatıb

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Azərbaycanda energetika sahəsi üzrə 13 yeni dövlət standartının layihəsi hazırlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı