Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın xalis mənfəəti 14 % artıb - BBN

SOCAR-ın xalis mənfəəti 14 % artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısını 1,761 milyard manat xalis mənfəətlə başa vurub.

BBN.az xəbər verir ki, maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Yanvar-iyun aylarında SOCAR-ln vergiyəqədərki mənfəəti 2,373 milyard manat (1 il əvvələ nisbətən 18,35% çox), mənfəət vergisi ödəmələri isə 612 milyon manat (33,05% çox) təşkil edib.

Hesabat dövründə şirkətin satışdan gəlirləri 5,7% azalaraq 42,5 milyard manata düşsə də, satışının maya dəyəri bundan çox – 12,6% azalaraq 36,127 milyard manata düşüb. Son nəticədə kommersiya qurumunun ümumi mənfəəti 71,9% artaraq 6,373 milyard manata yüksəlib.

Bu iyulun 1-nə SOCAR-ın aktivləri 96,47 milyard manat olub ki, bu da illik müqayisədə 1,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,4% artaraq 47,144 milyard manata, balans kapitalı isə 1,4% artaraq 49,326 milyard manata çatıb.

Xatırladaq ki, SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 5,014 milyard manatdır. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı