Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində! - BBN

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

ABB özünün törəmə müəssisəsi olan “ABB İnvest” şirkəti vasitəsilə daha bir investisiya fürsətini ABB mobile tətbiqi üzərindən əlçatan edib. Artıq SOCAR-ın “Yaşıl” istiqrazlarını da ABB mobile tətbiqi vasitəsilə, heç yana getmədən, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə toxunuşla və komissiyasız əldə etmək olar.

SOCAR-ın “Yaşıl” istiqrazlarının buraxılışına 15 yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər ABB mobile vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin “Yaşıl enerji” sahəsindəki təşəbbüslərini də dəstəkləyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

XalqKart-ı indi pulsuz əldə edin

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı