Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR-ın “yaşıl” istiqrazlarını Mobil Şöbə vasitəsilə sifariş edə bilərsiniz - BBN

SOCAR-ın “yaşıl” istiqrazlarını Mobil Şöbə vasitəsilə sifariş edə bilərsiniz

Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, müştəriləri üçün daha bir investisiya imkanı yaratmışdır.

 

Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində buraxdığı yeni “yaşıl” təyinatlı istiqrazları artıq Bank Respublikanın Mobil Şöbə tətbiqi vasitəsilə eləcə də Bankın filiallarına müraciət edərək sifariş etmək mümkün olacaq.

 

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar investorlara stabil və etibarlı gəlir imkanı qazandırmaqla yanaşı, ölkəmiz üçün əhəmiyyətli “yaşıl” enerji layihələrinin icrasına, bərpa olunan enerji mənbələrinin inkişafına təkan verəcək.

 

SOCAR-ın “yaşıl” istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyəri – 1 000 ABŞ dolları;
  • Tədavül müddəti – 5 il;
  • İllik gəlirlilik – 6%;
  • Faiz ödənişi – rüblük.

Qeyd edək ki, “yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər sifarişlərini yerləşdirərək SOCAR-ın “yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı