Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“SOCAR Könüllüləri” qrupunun üzvləri üçün “SOCAR Polymer” şirkətinə tur təşkil olunub - BBN

“SOCAR Könüllüləri” qrupunun üzvləri üçün “SOCAR Polymer” şirkətinə tur təşkil olunub

15 fevral 2024-cü il tarixində “SOCAR Könüllüləri” qrupunun üzvləri üçün “SOCAR Polymer” şirkətinin yüksək sıxlıqlı polietilen zavodunun açılışının 5-ci ildönümü münasibətilə tur təşkil olunub.

Tur çərçivəsində könüllülərə ilk öncə ölkəmizin neft-kimya sənayesi, “SOCAR Polymer” şirkəti, o cümlədən yüksək sıxlıqlı polietilen zavodunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra könüllülər zavodun idarəetmə otağı, laboratoriya, qablaşdırma və anbar bölmələri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2019-cu il fevralın 18-də açılışı olan zavod ötən illər ərzində səmərəli fəaliyyət göstərərək ölkəmizin qeyri-neft sektorunun və neft-kimya sənayesinin inkişafına, ixrac potensialının artırılmasına dəyərli töhfələr verir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı