Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR Londonda keçirilən Enerji keçidi Sammitində iştirak edib - BBN

SOCAR Londonda keçirilən Enerji keçidi Sammitində iştirak edib

Böyük Britaniyanın London şəhərində “Financial Times” mətbuat orqanının təşkilatçılığı ilə Enerji keçidi Sammiti keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə iri sənaye müəssisələrinin, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə və biznes liderlərini, investorları bir araya gətirən sammit müasir sənayenin yeni enerjiyə keçid siyasətinə uyğunlaşdırılması, enerji effektivliyi, həmçinin enerji təhlükəsizliyi mövzularına həsr olunub.

Sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.

Ə.İsayev çıxışında tədbir iştirakçılarına SOCAR-ın dekarbonizasiya və enerji keçidi sahəsində fəaliyyəti, həyata keçirilən layihələr, habelə gələcək hədəflər barədə ətraflı məlumat verib.

Çıxışda SOCAR apstrim seqmentində birbaşa emissiyaları minimum səviyyəyə endirməyə nail olunduğu qeyd edilib. Bu təcrübənin digər seqmentlərdə də emissiyaların azaldılması üçün aşağı karbonlu biznes modelləri və strategiyaların hazırlanmasına imkan verəcəyi diqqətə çatdırılıb.

Panel müzakirələr zamanı, həmçinin SOCAR-ın “yaşıl enerji”yə keçid proqramı çərçivəsində “Masdar”, BP, “ACWA Power” və digər şirkətlər ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı