SOCAR-ın neft hasilatı azalıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın məlumatına əsasən, 2017-ci ilin yanvar-noyabr ayları ərzində 6802.3 min ton xam neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 132.8 min ton və ya 1.9% azdır.

Noyabr ayı üzrə hasilat 604 min ton olub. Bu da ötən ayla müqayisədə 15 min ton və ya 2.4% azdır.

Qeyd edək ki, SOCAR oktyabr ayında 619 min ton neft hasil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır