Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na (OGMP 2.0) qoşulub - BBN

SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na (OGMP 2.0) qoşulub

SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) qoşulub.

Bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.

“Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulma SOCAR-ın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyi töhfənin bir hissəsi olmaqla, şirkətin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının məqsədlərinə xidmət edir.

“OGMP 2.0” 2014-cü ildə BMT-nin Ətraf Mühit Proqramı (“United Nations Environment Programme” – UNEP) tərəfindən təsis edilib. Proqram neft-qaz sənayesində metan emissiyalarına dair əhatəli ölçmə, emissiyaların azaldılması və hesabatlılığı özündə əks etdirən beynəlxalq platformadır.

“OGMP 2.0”-ın məqsədi metan emissiyaları haqqında dolğun məlumatların əldə edilməsi, emissiyaların azaldılması fəaliyyətinin təşviq olunması və ən yaxşı təcrübələrin tətbiqi ilə şəffaf hesabatlılığın aparılmasıdır.

Related posts

“Fitch”: Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq

Böyük Britaniyada yanacaq qiymətləri son 18 ayın ən yüksək həddini keçib

“Fitch”: Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı