SOCAR ötən ili mənfəətlə başa vurub

Azərbaycan Dövlət Neft Şirkətinin  (SOCAR) illik audit hesabatı açıqlanıb. Audit hesabatına əsasən, ötən il SOCAR-ın gəlirləri 2015-ci ilə nisbətən 56.8 % artaraq 51 905 mln. manata çatıb. Satışların maya dəyəri isə 58.8% artaraq 47 387 mln.manat olub. Belə ki, SOCAR ötən ili 350 mln. manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, şirkət 2015-ci ildə 1 785 mln. manat zərər açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır