Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə Cənubi Koreyanın Samsung E&A Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bunu Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Onun sözlərinə görə, imzalanan sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma istiqamətində əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.
M. Cabbarov əlavə edib ki, sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır.