“SOCAR” xaricdə yeni törəmə şirkət qurur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” mayeləşdirilmiş qazın topdan və pərakəndə satışını həyata keçirmək üçün yeni şirkəti qeydiyyatdan keçirib.

“SOCAR LPG” adlı şirkət Çerkasıda qeydiyyatdan keçib.

Şirkətə Yekaterina Tamrazova rəhbər təyin olunub. O bildirib ki, yeni qurumun yaradılması SOCAR-ın Ukrayna nümayəndəliyinin strukturunda təbii qaz istiqamətinin gücləndirilməsi ilə əlaqədardır.

Y.Tamrazova avqustun 1-dən vəzifəsini icra edir.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır