“SOCAR” yanacaqdoldurma məntəqələrinin sayını artırıb

Azərbaycanda Dövlət Neft Şirkətinin açıqladığı məlumata əsasən, “SOCAR” brendi altında 22-ci yanacaqdoldurma məntəqəsi açılıb.

Cari ilin avqust ayının  5-də Şamaxı şəhəri, Əngərxaran kəndində “SOCAR” brendi altında sayca 22-ci olan yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb, eyni zamanda bu məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır