Son 5 ildə ən sürətli inkişaf edən şirkətlər hansılardır?

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə 2014-2019 illəri aralığında şirkətlərin  inkişaf səviyyəsinə görə sıralamasını əks etdirən “Fastest Growing 100” hesabatını dərc edib. Hesabatda Çin mərkəzli şirkətlərin aşkar üstünlüyü müşahidə olunur.

Hesabata istinadən, sözügedən illər aralığında beynəlxalq arenada ən sürətlə inkişaf edən şirkət  “WeChat” olub. Eyni vaxtda istifadəçilərinə həm sosial media, həm də mobil ödəmə xidmətləri təklif edən şirkət 2014-cü ildən 2019-cu ilədək 1540%-lik artıma nail olub və bununla da şirkətin brend dəyəri 3 milyard dollardan 50.7 milyard dollara yüksəlib. Tikinti və dekorasiya sahəsində ixtisaslaşan çinli şirkət “Country Garden” siyahıda ikinci yerdə qərarlaşıb. Şirkət yuxarıda qeyd edilən müddət aralığında 872%-lik artımla brend dəyərini 16.5 milyard dollara çatdırıb. Üçüncü yerdə isə yenə Çin mərkəzli daşınmaz əmlak şirkəti “Evergrande Group” qərarlaşıb. 50-dən çox törəmə quruma malik olan bu holdinqin brend dəyəri 5 il ərzində 858% faiz artım qazanıb və hal-hazırda 20.4 milyard dollar səviyyəsindədir. Siyahının ilk onluğu aşağıdakı kimi davam edir:

Sıra Şirkət Artım (2014-2019) Cari brend dəyəri Fəaliyyət sahəsi Ölkə
4 NetEase 853% $12.1 milyard Texnologiya Çin
5 Facebook 747% $83.2 milyard Sosial media ABŞ
6 Porsche 734% $29.3 milyard Avtomobil istehsalı Almaniya
7 Moutai 632% $30.4 milyard Spirtli içkilər Çin
8 Huawei 614% $62.2 milyard Texnologiya Çin
9 Wuliangye 612% $16.0 milyard Spirtli içkilər Çin
10 Yanghe 599% $9.0 milyard Spirtli içkilər Çin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır