Son hərracda 35 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.  Bu dəfəki hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.

Hərracda 2 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılmış səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan “Saxsı qablar” ASC və “Beyləqan Dəmir beton” ASC-dir. Özəlləşdirilmiş kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə respublikanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir.

Xatırladaq ki, növbəti belə hərrac 25 oktyabrda keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır