Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 25 milyon 46,6 min manat məbləğində vəsait geri qaytarılıb.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.