Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla 993,5 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747,3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı