Son on il ərzində ən çox yüklənən mobil tətbiqlər hansılardır?

Son on ildə mobil tətbiqlərin funksionallığında kəskin dəyişikliklər müşahidə olunub. Bununla yanaşı, ağıllı telefonlardan istifadənin artması ilə mobil tətbiqlərin yüklənmə sayında da gözəçarpan artımlar görünür. “App Annie” tərəfindən mobil tətbiqetmə bazarında aparılan araşdırmaya əsasən ən çox yüklənmə sayına malik mobil tətbiqetmələr ABŞ mərkəzlidir. Araşdırma istinadən, 2010-2019-cu illər ərzində ən çox yüklənən mobil tətbiqetmələri nəzərinizə çatdırırıq.

Sıra Mobil Tətbiqetmə Şirkət
1 Facebook Facebook
2 Facebook Messenger Facebook
3 WhatsApp Messenger Facebook
4 Instagram Facebook
5 Snapchat Snap
6 Skype Microsoft
7 TikTok ByteDance
8 UC Browser Alibaba Group
9 YouTube Google
10 Twitter Twitter

Bununla yanaşı, mobil tətbiq daxili ən çox ödəniş “Netflix” tətbiqetməsində olub. Son on ilin mobil oyunlar sıralamasında isə birinci yerdə “Subway Surfers” oyunu qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır