Çərşənbə axşamı Çinin Milli Statistikalar Bürosundan verilən məlumata əsasən 2022-ci ildə ölkə əhalisinin sayı azalıb. “Big country with an empty nest” kitabının müəllifi və Çinin 1 uşaq ilə bağlı siyasətini pisləyən Yi Fuxian isə bildirib ki, əhalinin sayında enmə 1960-cı illərin əvvəllərindən bəri ilk azalmadır.
Bürodan deyilib ki, əcnəbilər istisna olmaqla Çinin əhalisinin sayı 2022-ci ildə 850.000 azalıb və 1.41 milyard nəfərə düşüb. Ölkənin rəsmiləri tərəfindən deyilib ki, 2022-ci ildə 9.56 milyon yeni doğulma və 10.41 milyon ölüm faktı qeydə alınıb. Çin rəsmilərinin sözlərinə əsasən 2022-ci ildə əhalinin 65.22%-i şəhərlərdə yaşayıb və bu rəqəm isə əvvəlki illərdə qeydə alınan 64.72%-dən yüksəlib. World Bank tərəfindən verilən məlumata əsasən 2021-ci ildə ABŞ əhalisinin 83%-i şəhərdə yaşayıb.