Son təhlillər inflyasiyanı artıran və azaldan faktorlar arasında tədricən balansın yarandığını göstərir

Dünya ərzaq qiymətlərində azalma və bunun təsiri ilə tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin nisbətən səngiməsi inflyasiyaya azaldıcı təsir göstərə bilər. Qlobal iqtisadiyyatda aktivliyin azalması və əksər ölkələrdə pul siyasətinin sərtləşməsi də bu prosesə dəstək verir. Bununla belə, resessiya ehtimalının reallaşması bir çox inkişaf etməkdə olan ölkələrin xarici balansında əhəmiyyətli dəyişiklik yarada bilər.

Daxili inflyasiya risklərinə ilk növbədə məcmu tələbin izafi genişlənməsi aiddir. Artan xərclərin inflyasiyaya transformasiyasını məhdudlaşdırmaq üçün fiskal və monetar siyasətlər arasında effektiv koordinasiya bundan sonra da davam etdiriləcək, dayanıqlı məcmu tələb və təklif balansının yaradılması üçün zəruri qərarlar veriləcəkdir.

Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcəkdir. Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı