Son üç ayda Nazirliyin fəaliyyət sahələri üzrə 186 min şəxsə e-arayış verilib

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 186 min şəxsə elektron qaydada arayış verilib.

Nəticədə vətəndaşlar hər hansı quruma müraciət etmədən, Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək müvafiq arayışları əldə ediblər. 

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə,  nazirliyin  e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayışlar əldə edə bilməsinə imkan verir.

2020-ci ildə Nazirlik  tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı