Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Sony” şirkətinin mənfəəti kəskin azalıb

“Sony” şirkətinin mənfəəti kəskin azalıb

Yaponiyanın texnologiya nəhəngi “Sony Corporation” birinci rüb göstəricilərini açıqlayıb. Hesabata nəzər saldıqda, şirkətin gəlirlərinin koronavirus pandemiyası səbəbindən ötən ilin birinci rübünə (87.9 milyard yen) nisbətdə 86% azalaraq 12.64 milyard yen (118 milyon dollar) səviyyəsinə gerilədiyini müşahidə etmək olar. Qeyd edək ki, “FactSet” analitiklərinin hesablamaları nəticəsində sözügedən göstəricinin 26.41 milyard yen səviyyəsində qərarlaşması proqnozlaşdırılmışdı.

Əyləncə və elektronika sahəsi üzrə ixtisaslaşan şirkətin əməliyyat mənfəəti 82.73 milyard yen səviyyəsindən 35.45 milyard yen (331 milyon dollar) səviyyəsinə geriləyib.

Şirkətin hesabatında müsbət tendensiyasını davam etdirən əsas sahə oyun biznesi olub. Belə ki, karantin rejimi səbəbindən şirkətin oyun biznesindən əldə etdiyi gəlirlərdə 2.8 milyard yen həcmində artım qeydə alınıb.

Hesabatın açıqlanmasından sonra, şirkətin Nyu-York birjasında səhm dəyəri 4.7% azalıb və 62.57 dollar səviyyəsinə enib.

“Sony Corporation” cari il üçün dəqiq proqnozlar verməsə də, əməliyyat gəlirlərinin ən azı 30% həcmində azalacağını və son 4 ilin ən aşağı səviyyəsinə geriləcəyini ehtimal etdiklərini vurğulayıb.

Related posts

Çin ardıcıl doqquzuncu ayda da əsas kredit faiz dərəcələrini dəyişməz saxlayıb.

Yaponiyada inflyasiya son üç ilin ən aşağı səviyyəsinə düşüb

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı