Sosial sahədə e-xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən sosial sahədə elektron xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək.

Aprelin 14-də saat 11:00-da Füzuli rayonundakı Gənclər Mərkəzində təşkil olunacaq təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək, sualları cavablandırılacaq.

Bu təlimlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsal xidmətlərə dair bilik və bacarıqlarının artırılması məqsədilə keçirilir.

Ötən həftə Bərdə rayonunda başlayan bu təlimlərin ölkəmizin bütün bölgələrində keçirilməsi nəzərdə tutulub.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı