Sosial sahibkarlıq sahəsində Türkiyə təcrübəsi öyrənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Türkiyədə təşkil edilən təlimdə iştirak edib.

Sosial sahibkarlığın təşviqi mövzusunda keçirilən təlimdə bu sahədə Türkiyə təcrübəsi öyrənilib.

Səfər çərçivəsində eyni zamanda Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi, Ankara və İzmir şəhərlərində sosial sahibkarlıq istiqamətində fəaliyyət göstərən təşkilatlar, startap ofisləri və yaradıcılıq mərkəzləri ilə tanışlıq olub. Bundan başqa Türkiyənin qabaqcıl sosial müəssisələri və qurumları ilə görüşlər keçirilib.

Keçirilən görüşlərdə Azərbaycan və Türkiyə arasında sosial sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı