Sosial sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu keçirilib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Sosial sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu” keçirilib.

Dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığının çəkisinin, onların sosial sahibkarlığa marağının artdığını qeyd edib. Bildirilib ki, Azərbaycanda fərdi sahibkarlar arasında qadınların çəkisi 22%-ə yaxındır. Eyni zamanda iqtisadi fəal əhalinin 49%-ni qadınlar təşkil edir. KOBİA da mandatına uyğun olaraq, sosial sahibkarlığın və qadın sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Agentlik tərəfindən ötən müddət ərzində 5 qadın sahibkara qrant, 11 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib, Almaniya-Azərbaycan birgə Proqramından 100-dən çox qadın sahibkar və menecer yararlanıb. 2022-ci ildə Agentliyin KOB inkişaf mərkəzlərinin keçirdiyi təlimlərdən 4 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın yararlanıb. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı