Home » Sosial sığorta ödəmələri 11,7 faiz artıb – Foto

Sosial sığorta ödəmələri 11,7 faiz artıb – Foto

by anar
0 comments 0 views 1 minutes read

2025-ci ilin yanvar-mart aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 154,4 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz artaraq 963,5 milyon manatdan çox  təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb və 52,3  milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 faiz artaraq 39,5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb və 260 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,7 faiz artaraq 180,9 milyon manata yaxın təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.