Sosial Xidmətlər Agentliyi son iki ildə məişət zorakılığından zərər çəkmiş 200-ə yaxın şəxsi reabilitasiya xidmətləri ilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində bu il 45 nəfərə xidmət göstərilib.

Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.

Proses digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində aparılır. Şəxsin himayəsində yetkinlik yaşına çatmayan şəxs olduqda həmin yetkinlik yaşına çatmayan şəxsin də hüquqlarının qorunması təmin edilir, o cümlədən təhsilə cəlb olunurlar.

2021-ci ilin 1 avqust tarixində fəaliyyətə başlayan şöbədə müasir şərait yaradılıb və ötən dövrdə burada 200-ə yaxın şəxsə xidmət göstərilib.

Şöbəyə qəbul yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət, birbaşa müraciət və məişət zorakılığına məruz qalma faktını təsdiqləyən müvafiq aktın tərtibi ilə həyata keçirilir.

Hazırda həmin şöbədə 14 nəfərə müvafiq reabilitasiya xidmətləri davam edir.

Related posts

MDSS hesabına verilən müavinətlər üzrə 141,2 mln. manat vəsait ödənilib

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan DOST mərkəzi ilə tanış olub

Nazir Sahil Babayev Oğuz rayonunda vətəndaşları qəbul edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı