S&P Global Ratings “Azərbaycan Biznesin İnkişafı Fondu” ASC-nin (ABİF) uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB/B” səviyyəsində təsdiqləyib, proqnozu isə sabit qiymətləndirib.
Agentliyin məlumatına görə, reytinqlərin təsdiqlənməsi 2025-ci ildə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin ABİF strukturunda birləşdirilməsindən sonra əməliyyat inteqrasiyası istiqamətində əldə olunan irəliləyişi əks etdirir.
“S&P Global Ratings” bildirir ki, ABİF-in 2025-ci il üzrə konsolidə olunmuş və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun auditdən keçmiş maliyyə hesabatının 2026-cı ilin iyun ayında dərc olunacağı gözlənilir.
Açıqlamada qeyd olunur ki, sabit proqnoz növbəti 12 ay ərzində birləşdirilmiş strukturun inteqrasiya prosesini davam etdirəcəyini, eyni zamanda çox güclü kapitallaşmanı və mülayim risk iştahasını qoruyub saxlayacağını əks etdirir.