Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“S&P”: Azərbaycanın bank sektoru 2026-cı ildə də dayanıqlılığını qoruyacaq - BBN

“S&P”: Azərbaycanın bank sektoru 2026-cı ildə də dayanıqlılığını qoruyacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru ilə bağlı mövqeyini açıqlayıb. Agentliyin qiymətləndirməsinə görə, ölkənin bank sektoru 2026-cı ildə də dayanıqlılığını saxlayacaq və mövcud müsbət tendensiyalar davam edəcək.

BBN.az xəbər verir ki, “S&P” bildirir ki, bankların gəlirliliyi və kapitallaşma səviyyəsi kredit portfelinin artımı, eləcə də aktivlərin keyfiyyətinin sabit qalması hesabına dəstəklənəcək. Eyni zamanda, özəl sektorun aşağı borclanma səviyyəsi ümumi maliyyə dayanıqlılığının qorunmasında mühüm rol oynayır.

Agentlik qeyd edib ki, Azərbaycanda bank sektorunda tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi fonunda sektor üzrə risklərə dair trend baxışı “stabil”dən “pozitiv”ə dəyişdirilib. Bu dəyişiklik bank sistemində risklərin idarə olunması və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə əlaqələndirilir.

Vurğulanıb ki, sektorda risk əsaslı nəzarətin tətbiqi, eləcə də kapitalın strukturu üzrə Bazel III standartlarına keçid bank nəzarətinin effektivliyini artırır və potensial risklərin vaxtında müəyyən edilməsinə imkan yaradır.

“S&P”nin qənaətinə görə, həyata keçirilən tənzimləyici islahatlar Azərbaycanın bank sektorunun uzunmüddətli maliyyə sabitliyini dəstəkləyir və sektorun orta və uzun perspektivdə dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı