“S&P” beynəlxalq reytinq agentliyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) hesabatını açıqlayıb.
BBN.az xəbər verir ki, Agentlik BICRA çərçivəsində Azərbaycanın bank sektoru üçün sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdıraraq 8-ci səviyyədən 7-ci səviyyəyə endirib.
Bu müsbət dəyişikliyin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi təşəbbüslərinin həyata keçirilməsi ilə dəstəkləndiyi qeyd olunub.