S&P-dən gözlənilən Türkiyə qərarı

Beynəlxalq kredit reytinqi agentliyi S&P gözlənilən Türkiyə qərarını açıqlayıb.

Agentlik artan siyasi risklərə görə Türkiyənin reytinqini endirdiyini bildirib. S&P Türkiyənin “BB+” olan reytinqini “BB”-yə salıb. Proqnoz isə “neqativ”dir.

S&P-nin açıqlamasında “dövlət çevrilişi cəhdi ilə artan qeyri-müəyyənlik Türkiyənin xarici maliyyələşmə imkanını və kapital axınını məhdudlaşdıra bilər. İnstitusional nəzarət mexanizmlərini də zəiflədəcəyinə inanırıq” deyilir.

Bazarın bağlanışından sonra açıqlanan qərarın ardından dolar/Tl məzənnəsi 3.08-i aşıb.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır