Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb - BBN

“S&P Global Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

“S&P Global Ratings” 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.

BBN.az xəbər verir ki, “S&P Global Ratings” bu il üzrə Azərbaycanda real ümumdaxili məhsulda (ÜDM) 1,5% artım olacağını proqnozlaşdırıb. Bu isə S&P-nin ötən il açıqladığı 2024-2026-cı illər üzrə orta iqtisadi artım gözləntisindən 0,1 faiz bəndi çoxdur.

Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 76.08 milyard ABŞ dolları həcmində, adambaşına düşən ÜDM-in isə 7,364.82 dollar olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3%, 2025 və 2026-cı illərdə 2,4% səviyyəsində, Asiya İnkişaf Bankı 2024-cü ildə 1,2%, 2025-ci ildə isə 1,6% səviyyəsində proqnozlaşdırıb. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5%, 2025-ci ildə isə 2,7% müəyyən edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2024-cü ilin birinci rübündə Azərbaycanda 4% iqtisadi artım qeydə alınıb. Bu dövrdə nominal ÜDM-nin həcmi isə 29,1 milyard manat təşkil edib.

Related posts

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı