Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
S&P reytinqləri bir daha təzələyib

S&P reytinqləri bir daha təzələyib

Beynəlxalq reytinq agentliyi Rusiya-Ukrayna münaqişələri səbəbindən Standart & Poor’s (S&P) Rusiya Federasiyasının  kredit reytinqini  4 mart tarixində “BB+”dan “CCC-” səviyyəsinə endirib.  Agentlik reytinq üzrə proqnozu  “Neqativ” dəyərləndirib.

18 mart tarixində isə, sözügedən reytinq agentliyi tərəfindən Rusiyanın kredit reytinqi bir daha azaldılaraq, ‘CCC-‘ səviyyəsindən ‘CC’ səviyyəsinə endirilib. Səbəb olaraq isə, Rusiyanın avrobondların emissiyası üzrə kupon ödənişləri ilə bağlı çətinlik çəkməsi göstərilib. Qeyd edək ki, uzun müzakirələrdən sonra 2023 və 2043-cü ilədək müddətli avrobondların emissiyası üzrə 117 milyon dollarlıq kupon ödənişi USD valyutasında həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, “Fitch” Rusiyanın kredit reytinqini “BBB” səviyyəsindən “B” səviyyəsinə, “Moody’s” isə “Baa3” səviyyəsindən “B3” səviyyəsinə endirib.

Standart & Poor’s münaqişənin digər tərəfi olan Ukraynanın kredit reytinqini “B” səviyyəsindən “B-“ səviyyəsinə endirib.

Related posts

“Apple” 516 min dollar cərimələnib

Almaniyada inflyasiya yenidən artır

Aİ-nin yanacaq xərcləri 13 milyard avro artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı