Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
S&P reytinqləri yeniləyib

S&P reytinqləri yeniləyib

Beynəlxalq reytinq agentliyi “Standart & Poor’s” (S&P) Rusiya və Ukrayna dövlətləri arasında baş verən gərginliyin fonunda sözügedən ölkələrin reytinq dərəcələrini açıqlayıb. Münaqişənin ilkin başlanma günlərində ölkənin kredit reytinqini “B” səviyyəsindən “B-“ səviyyəsinə endirmişdi. Periodik olaraq açıqlanan son reytinq hesabatında kredit reytinqi sabit saxlanılsa da, ölkə hələ də “yüksək risk” şkalasında yer alır.

Münaqişənin digər tərəfi olan Rusiya Federasiyasının kredit reytinqi  “BB+”dan “CCC-” səviyyəsinə endirilib. “Neqativ” proqnoz ilə dəyərləndirilən ölkə şkalada “yüksək risk” daşıyan ölkələr arasındadır. Məlumat üçün qeyd edək ki, digər kredit reytinq agentlikləri olan “Fitch” Rusiyanın kredit reytinqini “BBB” səviyyəsindən “B” səviyyəsinə, “Moody’s” isə “Baa3” səviyyəsindən “B3” səviyyəsinə endirib. Rusiya Federasiyasına məxsus 32 bank isə “Rating Watch Negative” (RWN) statusuna gətirilib.

Related posts

Avropada müdafiə startaplarına qoyulan investisiya rekord həddə çatıb

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

“Rəqəmsal avro Avropa iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı