Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
SPECA İqtisadi Forumunda “yaşıl enerji”yə həsr olunmuş sessiya keçirilib - BBN

SPECA İqtisadi Forumunda “yaşıl enerji”yə həsr olunmuş sessiya keçirilib

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun ikinci günündə “SPECA bölgəsində davamlı və neytral karbonlu enerji sistemləri üçün “yaşıl enerji” bağlantısı” mövzusunda sessiya keçirilib.

“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum öz işini sessiyalarla davam etdirib. “Davamlı və neytral karbonlu enerji sistemləri üçün SPECA bölgəsində “yaşıl enerji” bağlantısı” mövzusunda keçirilən sessiyada Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbir çərçivəsində enerji keçidi üzrə aparılan müzakirələrin məhsuldar olacağına inamını ifadə edib, bəşəriyyətin gələcəyi və dayanıqlı inkişaf üçün bu keçidin sürətlənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası da daxil olmaqla ölkəmizdə qəbul olunan milli plan və strategiyalarda “yaşıl enerji” potensialından istifadənin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, həmçinin ixrac istiqamətində qarşıya qoyulan hədəflər, görülən işlər və aparılan islahatlar haqqında danışan nazir müavini enerji keçidinə özəl investisiyaların cəlbi sahəsində SPECA regionunda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tədbirdə regionda dayanıqlı və karbonsuz enerji sistemlərinin yaradılması, enerji bağlantılarının əhatə dairəsinin genişləndirilməsi barədə müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər səsləndirilib.

Related posts

SOCAR və BP üçüncü ölkələrdə birgə layihələri müzakirə edib

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

Yaxın Şərqdə gərginlik nefti bahalaşdırdı: Brent 81 dolları keçdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı