Home » “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb

by anar
0 comments 0 views 1 minutes read

Mikro və kiçik sahibkarlar vergi azadolmalarını nəzərdə tutan “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. 

Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. Belə ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb.

“Startap” şəhadətnamələri “Green Public” MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, “Lumusoft” MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, “Self Tech” MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, “U and R Company” MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, “Azari” MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.