Home » Startap ekosistemi iştirakçılarının nəzərinə!

Startap ekosistemi iştirakçılarının nəzərinə!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Take Off Baku” Startap Sammitinə qeydiyyat başa çatmaq üzrədir. 

Sammitin keçirilməsində məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də tərəfdaş olduğu “Take Off Baku” Startap Sammitinin gündəliyinə investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və s. daxildir. Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri dəyərləndirəcək. Mükafat fondu I yer üçün 15 min ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları və III yer üçün 5 min ABŞ dolları təşkil edir.

Qeydiyyat üçün son müraciət tarixi: 31 mart 2022

Qeydiyyat üçün link: https://www.t3kys.com/en/takeOff/apply/2184/0/0 

Ətraflı məlumat üçün: (+994 12) 310 14 00, (+994) 50 251 40 28, info@takeoffbaku.com və takeoffbaku.com

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.