Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Startapların yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi potensialı genişdir - BBN

Startapların yeni bizneslərin yaradılması və inkişaf etdirilməsi potensialı genişdir

Azərbaycanın “Nextsale” startapı xarici şirkət tərəfindən satın alınıb. Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. 

Qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq. Rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır. Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir. Startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər. KOBİA tərəfindən mikro və kiçik sahibkarlara onları innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, startapların iştirakı ilə sərgilər təşkil olunur. Startaplar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan istifadə edirlər. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı